“Shorts”lar “YouTube”u "çökdürə" bilər
"YouTube Shorts" platforması son dövrdə "YouTube"un abunə sayının artmasına böyük töhfə verib, lakin uzun videoların gəlirinə mənfi təsir göstərib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, "YouTube Shorts" son vaxtlar çox populyardır. Shorts"lar vasitəsilə pul qazanmaq mümkün olduğuna görə "YouTube" istifadəçiləri ona böyük maraq göstərirlər, Lakin "YouTube" rəhbərləri populyarlığın qısa videolara keçməsindən narahatdırlar. Çünki belə olan halda uzun videolara maraq azalacaq.
Qeyd edək ki, "YouTube" ən mühüm gəlirini uzun videolardan əldə edir. "YouTube Shorts" bu nöqtədə gəlirlərin azalmasına səbəb olur.
"YouTube" rəhbərləri də uzun videoların gərəksiz qalmağını istəmirlər və buna görə də onlar optimallaşdırmanı düşünürlər.