Siam əkizlərinin ikincisi də evlənməyə hazırlaşır
Bir neçə gün öncə Amerikada yaşayan Siam əkizləri Abigeyl və Britaninin ərə getməsi barədə məlumat vermişdik.
meqale.com lente istinadən bildirir ki, əslində Abigeylin ərə getdiyi məlum olub. O bildirib ki, ailə quran məhz odur.
Daha maraqlı açıqlamanı isə digər bacı verib. Britani bildirib ki, o başqa bir kişiyə aşiqdir və o da evlənməyə hazırlaşır. Eyni bədəndə yaşayan iki ruhun bu evliliyi hansı formada gerçəkləşdirə biləcəyinə dair müəmma gündəmi zəbt edib.