Silk Way West Airlines-a məxsus Boeing 747-8F ilk dəfə Kolumbiyaya eniş edib - VİDEO

Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boeing 747-8F tipli yük təyyarəsi Kolumbiyaya eniş edib. Tarixi uçuş Kolumbiyanın paytaxtında yerləşən El Dorado Beynəlxalq Hava Limanında (BOG) həyata keçirilib.

meqale.com xəbər verir ki, bu hadisə ölkənin aviasiya tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Sözügedən enişlə Boeing 747-8F modelinin Kolumbiya hava limanına ilk gəlişi kimi rəsmiləşib.

Məlumata görə, uçuş Hawks Aviation tərəfindən qeydə alınıb və aviasiya həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.