"Urban Expo" sərgisi üçün müraciətlər açıq elan olunub

2026-cı ilin 17-22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək XIII sessiyası (WUF13) çərçivəsində baş tutacaq Urban Expo sərgisinə müraciətlərin qəbuluna başlanılıb.

meqale.com xəbər verir ki, bu barədə WUF13-ün "X" hesabında məlumat paylaşılıb.

"35,000 kvadratmetr sahəni əhatə edəcək sərgidə milli və yerli hökumətlər, regional qurumlar, BMT agentlikləri, akademik institutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlərin iştirakı gözlənilir.

Müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul olunur. Hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Qeydiyyat və ətraflı məlumat üçün "Urban Expo" səhifəsinə daxil ola və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz", - məlumatda qeyd edilib.