"Simonyan başa düşə bilmir ki, Azərbaycan Ermənistanı darmadağın edib"

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

İcmadan meqale.com-a daxil olan bəyanatda deyilir:

"Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də darmadağın edib. A.Simonyan kimilərinin ikinci Qarabağ müharibəsi zamanı və ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.