Şindlerin siyahısı inanılmaz qiymətə satışa çıxarıldı - FOTOlar
Şindlerin siyahısının orijinal nüsxəsi "Moments in Time" hərracında satışa çıxarılıb.
meqale.com oxuya istinadən bildirir ki, satıcı siyahının mövcud dörd nüsxəsindən biri üçün 1,8 milyon dollar istəyir. Kolleksiyaçı bu nüsxəni alman sənayeçisi Oskar Şindlerin mühasib və köməkçisi İzhak Şternin ailəsindən alıb.
Şindler Holokost zamanı 1200-ə yaxın yəhudini öz fabriklərində işlə təmin edərək onları xilas edib. O, işçiləri müvafiq siyahıya daxil edib.
Əvvəlki illərdə siyahıya görə 2 milyondan 2,5 milyon dollara qədər pul istənilsə də, alıcı tapılmayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun