Sintetik narkotik istehsal artdı

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru öz hesabatında bildirib ki, Əfqanıstanda sintetik narkotik istehsalının artımı "Taliban"ın 2022-ci ilin aprelində xaşxaş əkininə qadağa qoymasından sonra güclənib.

"Əfqanıstanda və regionda sintetik narkotik ticarətinin artması qeyri-qanuni narkotik bazarında əhəmiyyətli dəyişikliyi göstərir və bizim təcili diqqətimizi tələb edir", - o deyib.

meqale.com oxuya istinadən bildirir ki, hesabatda göstərilir ki, 2019-cu ildən 2022-ci ilə qədər İran və Pakistanda sintetik narkotikin müsadirə halları artıb. Həmçinin, Fransa və Avstriyada da əfqan mənşəli olduğu ehtimal edilən bu narkotik maddənin müsadirəsi qeydə alınıb.

Xatırladaq ki, aprelin 3-də "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə bütün Əfqanıstanda xaşxaş becərilməsinə qadağa qoyub.