"Sıraya düzülürdülər ki, İlhamə Quliyeva onları ad gününə dəvət etsin"
Ötən gün mərhum Xalq artisti İlhamə Quliyevanın anadan olduğu gün idi.
meqale.com axşam.az-a istinadən bildirir ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni ilə olan görüntüsünü yayımlayıb. Sərxan bildirib ki, sağlığında Quliyevanın yanında olan sənət adamları indi heç onun məzarını ziyarət etmir:
"Haradasan, İlhamə xanım? Vaxt var idi bugünkü gün sıraya düzülürdülər ki, İlhamə onları ad gününə dəvət etsin. İndi hanı onlar? Çox qəribə deyil, çünkü həyat budur. Ona görə də hər kəsə tövsiyyəm bugünkü günə şükür edin və özünüz yaşayın.