Şirazda silahlı qarşıdurma - 2 nəfər yaraladı

Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib.

Şirazda silahlı qarşıdurma - 2 nəfər yaraladı
Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, silahlı qarşıdurma polislə naməlum şəxs arasında baş verib. Polisin "dur" əmrinə tabe olmayan avtomobil sürücüsü polislərə qarşı atəş açmağa başlayıb.

Nəticədə atəş açan şəxs ağır şəkildə yaralanıb və komaya düşüb. Atışma nəticəsində hadisə yerində olan bir şəxs yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.