“Sirrin sahibi” ləqəbli səhabə

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. "Sirrin sahibi" ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: "Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: "Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!"- dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu. Əbu Dərda ondan: "Kimlərdənsən?"- deyə soruşdu. Əlqəmə: "Kufəliyəm"- deyə cavab verdi. Əbu Dərda soruşdu: "Məgər özündən başqa heç kəsin bilmədiyi sirrin sahibi sizin aranızda deyilmi?" Bunu deyəndə o, Huzeyfəni qəsd edirdi. Əlqəmə: "Elədir!"- dedi. Əbu Dərda soruşdu: "Məgər Allahın Öz peyğəmbərinin xahişi ilə şeytandan qoruduğu kimsə sizin aranızda deyilmi?!" Bunu deyəndə o, Əmmarı nəzərdə tuturdu. Əlqəmə: "Elədir!"- dedi. Əbu Dərda soruşdu: "Məgər misvak daşıyan kimsə və etibarlı olan birisi sizin aranızda deyilmi?!" Bunu deyəndə o, Abdullah ibn Məsudu nəzərdə tuturdu. O: "Elədir!"- dedi..." (Səhih əl-Buxari, 3743).