Şirvanda toydan çıxıb küçədə "özlərini itirdilər" - 6 nəfər saxlanıldı

Şirvan şəhərində Bayraq meydanı adlanan ərazidə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, avtomobildən qoşulmuş yüksək səslə musiqiyə qulaq asan 6 nəfər şəxs saxlanılıb.

Şirvanda toydan çıxıb küçədə
Şirvan şəhərində Bayraq meydanı adlanan ərazidə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, avtomobildən qoşulmuş yüksək səslə musiqiyə qulaq asan 6 nəfər şəxs saxlanılıb.

meqale.com-ın məlumatına görə, saxlanılan şəxslər 2003 və 2008-ci illərdə dünyaya gəlmiş Taleh, Şamil, Tərlan, Tural və Elşad adlı dostlar olub.

Onlar Rəvan adlı tanışlarının toyundan çıxaraq, Bayraq meydanı adlanan əraziyə gediblər. Dostlar avtomobildə musiqiyə yüksək səs verərək, oynamağa başlayıblar. Bu zaman "TikTok"da canlı yayım da açıblar.

Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.