Siyana Vasilyeva: "Biz dəyişikliyə hazırıq"

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra qrup hərəkətləri üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik ola bilər.

Siyana Vasilyeva:
Paris-2024 Yay Olimpiya Oyunlarından sonra qrup hərəkətləri üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik ola bilər.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu komandanın baş məşqçisi Siyana Vasilyeva da təsdiqləyib.

O, bəzi qızlarla müzakirələrdən sonra qərar veriləcəyini deyib: "Hələlik qızlarla danışmamışıq, onlar yığmadakı karyerasını başa vuracaq, ya yox. Növbəti Olimpiadaya hazırlığa köklənəcəyik. Gimnastlar yorulub, bir az istirahət etdikdən sonra yekun qərar veriləcək. Əgər heyətin yarısı karyerasını başa vurarsa, bizim ikinci komandada hazır idmançılarımız var. Ona görə də biz dəyişikliyə hazırıq".