Siyasət Əsgərovun komandası səfərdə “Fənərbağça”ya qalib gəldi

Qadın futbolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib.

Siyasət Əsgərovun komandası səfərdə “Fənərbağça”ya qalib gəldi
Qadın futbolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, tur çərçivəsində azərbaycanlı baş məşqçi Siyasət Əsgərovun çalışdırdığı "Fomget" "Fənərbaxça"nın qonağı olub.

Təmsilçimizin komandası matç 1:0 hesablı qələbə ilə başa vurub. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Olqa Ovdiyçuk fərqlənib.

Nəticədə 7 oyundan sonra xalını 21-ə yüksəldən "Fomget" Superliqanın vahid liderinə çevrilib.

Qeyd edək ki, Siyasət Əsgərov, eyni zamanda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisidir.