"Sizinlə qürur duyur və qarşınızda baş əyirəm" - VİDEO
Şuşada keçirilən "Xarıbülbül" festivalında səhnəyə çıxanlar arasında Xalq artisti Zülfiyyə Xanbabayeva da yer alıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, müğənni xanəndə Xan Şuşinskinin "Şuşanın dağları" mahnısını oxuyub.
Cıdır düzündə video çəkən Xanbabayeva onu instaqram izləyiciləri ilə bölüşüb.
"Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm" deyə, müğənni paylaşımında yazıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun