"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ

42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

meqale.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili vəsatət verərək mülki iddianın artırılmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Digər müdafiəçi tərəf şahidlərin çağırılması ilə bağlı vəsatətlərin təmin olunmadığını deyib və həmin şəxslərin məhkəmə iclasına çağırılmasını xahiş edib.

Vəsatət təmin olunmayıb.     Prosesdə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxsin müdafiə tərəfi iştirak etmədiyi üçün proses təxirə salınıb. 

Növbəti proses iyulun 30-na təxirə salınıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümümi rejimli cəzaçəkmə müəssəsində çəkməsini təklif edib.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "ATABank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.