Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi
Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub.