Sneyder: "Ağlayan deyiləm, amma "Qızıl top"umu Messiyə verdilər"

Niderland və "İnter"in keçmiş ulduzu Uesli Sneyder "Qızıl top-2010" mükafatı ilə bağlı danışıb.

Sneyder:
Niderland və "İnter"in keçmiş ulduzu Uesli Sneyder "Qızıl top-2010" mükafatı ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, o, mükafata Lionel Messini deyil, özünü layiq hesab edir.

"Bir az ədalətsiz qərar idi. 2010-cu ildə "Qızıl top"a layiq görülmədim, onu Messi qazandı. Buna görə, ağlayan insanlardan deyiləm. "Qızıl top" fərdi mükafatdır, mən komanda uğurlarına üstünlük verirəm. Amma hələ də mənə ağrılıdır", - deyə Sneyder bildirib.

Qeyd edək ki, 2010-cu ildə Sneyder "İnter"in heyətində Çempionlar Liqasını qazanıb, dünya çempionatının finalında oynayıb. "France Football" nəşrinin ilin ən yaxşı futbolçusuna verdiyi "Qızıl top" mükafatı isə Lionel Messi qazanıb. Niderlandlı səsvermədə ikinci olub.