Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam yeməyi hazırlamaq istəyirsinizsə, bu resept tam sizin üçündür. Ət, kartof və bibərin sousla birləşdiyi bu yemək həm ailə yeməkləri, həm də qonaq süfrələri üçün ideal seçimdir.

Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept
Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam yeməyi hazırlamaq istəyirsinizsə, bu resept tam sizin üçündür. Ət, kartof və bibərin sousla birləşdiyi bu yemək həm ailə yeməkləri, həm də qonaq süfrələri üçün ideal seçimdir.

meqale.com lazım olan ərzaqları təqdim edir: 500-600 qram quzu və ya dana əti (kiçik doğranmış)

3-4 ədəd orta boy kartof, 2-3 ədəd yaşıl bibər, 1 ədəd qırmızı bibər, 1 ədəd baş soğan, 2-3 diş sarımsaq

Sous üçün - 1 xörək qaşığı tomat pastası, yarım stəkan isti su, yarım stəkan duru yağ (və ya zeytun yağı)

Duz, istiot, kəklikotu (kekik), pul bibər

Hazırlanma qaydası: Ətləri kiçik tikələrə bölün (əgər dana ətidirsə, əvvəlcədən bir az qaynatmaq məsləhətdir ki, sobada daha yumşaq olsun). Kartofları və bibərləri iri kub şəklində doğrayın. Soğanı aypara, sarımsaqları isə xırda-xırda doğrayın.

Doğradığınız bütün ərzaqları geniş bir soba listinə boşaldın. Üzərinə ədviyyatları və duru yağı əlavə edərək əlinizlə yaxşıca qarışdırın ki, hər tərəfə bərabər yayılsın.

Bir qabda tomat pastasını isti su ilə yaxşıca açın. Hazırladığınız bu sousu tepsinin üzərinə gəzdirin. Sous yeməyin həm yanmamasını, həm də ətlərin "pambıq" kimi yumşaq bişməsini təmin edəcək.

Sininin üzərini əvvəlcə nəmləndirilmiş yağlı kağızla (perqament), sonra isə folqa ilə möhkəm örtün. Beləliklə, yemək öz buxarında bişəcək. Əvvəlcədən 200°C dərəcə qızdırılmış sobada təxminən 45-50 dəqiqə bişirin.

Yeməyin bişməsinə 10 dəqiqə qalmış üzərindəki kağızı və folqanı götürün. Bu, kartofların və ətlərin üzərinin gözəl qızarmasını təmin edəcək.

Uğurlu nəticə üçün kiçik sirlər: Ətin daha yumşaq olması üçün onu 1 saat əvvəldən bir az zeytun yağı və soğan suyunda marinat edə bilərsiniz.