Somali ordusu 130-dan çox terrorçunu məhv etdi

Somali ordusu bir sıra əyalətlərində apardığı əməliyyatlarda "Əş-Şəbab"ın 130-dan çox yaraqlısını məhv edib.

Somali ordusu 130-dan çox terrorçunu məhv etdi
Somali ordusu bir sıra əyalətlərində apardığı əməliyyatlarda "Əş-Şəbab"ın 130-dan çox yaraqlısını məhv edib.

meqale.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Muduq bölgəsində strateji əhəmiyyət kəsb edən ərazilər yaraqlılardan azad edilib. Əməliyyat zamanı xeyli sayda silah-sursat da ələ keçirilib.

Qeyd edilir ki, bundan əvvəl Somali silahlı qüvvələri mərkəzi Harardere bölgəsində əməliyyat keçirib, nəticədə "Əş-Şəbab" qruplaşmasının 33 silahlısı məhv edilib.