Somalidə partlayış: Onlarla ölən və yaralanan var - VİDEO
Somali paytaxtında terrorçunun özünü partlatması nəticəsində onlarla insan həlak olub.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Garowe" məlumat yayıb.
Bildirilir ki, terror aktı turistlər arasında məşhur olan hoteldə həyata keçirilib.
"Moqadişunun Lido çimərliyindəki məşhur "Beach View" hotelində baş verən güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub", - deyə nəşrdə bildirilir.
Yaralıların sayı açıqlanmayıb.
Terrora görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.