Şorgözlüyün “kitabını yazan” 3 bürc
Astrologiyaya görə, bürclər insanın həyatına bir çox cəhətdən təsir edən və xarakterlərini formlaşdıran amillərdəndir. Astroloqlara görə bəzi bürc nümayəndələri o qədər şorgözdürlər ki, hətta onlar haqda kitab yazmaq olar.
meqale.com yenisabah.az-a istinadla ən şorgöz bürcləri təqdim edir:
Tərəzi
Hava ünsürlü bürclərə aid olan tərəzilər asanlıqla aşiq ola bilən təbiətə malikdirlər. Elə buna görə də tərəzi bürcünün qeyri-sabit rəftarı və qərarsızlığı münasibətlərində bəzi çətinliklərə səbəb ola bilir. Onlar özlərini demək olar ki, hər mövzuda məlumatlı kimi təqdim etməyə can atırlar. Tərəzilər münasibətlərində dəyişkənlik göstərə bilirlər. Onlar bir gün eyni insana aşiq olub, ertəsi gün başqa bir insanla münasibət qura bilərlər.
Əkizlər
Əkizlər bürcü dediklərinə çox vaxt sözünə əməl etməyən insanlar ağla gəlir. Sosial və ünsiyyətcil olan əkizlər olduqca tez aşiq olurlar. Ancaq bu sevgi çox vaxt qısamüddətli olur. Onlar ilk gördükləri insana dərhal aşiq olub bir müddət sonra onunla əlaqəni kəsirlər.
Xərçəng
Su ünsürünə aid olan xərçəng bürcünün insanları çox emosional olurlar. Onlar romantik münasibətlərində emosional olaraq sıx əlaqə yaratmağa meyllidirlər. Ancaq bu emosional bağ bəzən göstəriş üçün ola bilir. Xərçənglər sevgi görmədikdə tezliklə münasibət üçün başqa partnyor axtarışına çıxırlar. Bu xüsusiyyət xərçəng bürclərinin şorgöz olduqlarının bariz nümunəsidir.