Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB

Sosial şəbəkələrdə aktivliyi olmayan vətəndaşa kredit verilməyə bilər.

Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB
Sosial şəbəkələrdə aktivliyi olmayan vətəndaşa kredit verilməyə bilər.

Söhbət davranış modelləri əsasında verilən kreditdən gedir.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, davranış modeli uzun müddətdir, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model bir sıra yenlikləri özündə ehtiva  edir.