“Sovetski”də eyvanla bağlı RƏSMİ AÇIQLAMA - FOTO
18:45 Yasamal rayonunda təhlükə saçan eyvanla bağlı rəsmi açıqlama verilib.
meqale.com xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətindən oxuya bildirilib ki, hazırda "Sovetski" kimi tanınan ərazidə uçmaq üzrə olan eyvanın sahibi ilə sığorta şirkəti arasında danışıqlar gedir:
"Tərəflər bir sıra şərtləri razılaşdıran kimi problem öz həllini tapacaq".
--------- 15:18 Bakının Yasamal rayonunda eyvan uçmaq üzrədir.
Belə ki, rayonun Əlövsət Quliyev küçəsində ("Sovetski" kimi tanınan ərazi-red.) uçmaq üzrə olan eyvana nazik taxta bərkidilib.
Bu isə yoldan keçən şəxslərin həyatına ciddi təhlükə yaradır.