Söyüdlüdəki suda metallar normadan xeyli yüksək çıxdı - Nazir

"Micon" Beynəlxalq Monitorinq Şirkəti Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinq zamanı 20 nöqtədə 20 yeraltı su nümunəsi götürüb. Məlum olub ki, suda codluq, bulanıqlıq normadan artıq və suda həll olmuş oksigen normadan az olub. Ağır metallardan dəmir, mis, sink, nikel və manqan normadan yüksək olub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəy Qızıl mədəninin istismarı zamanı əmələ gələn tullantıların idarə edilməsi ilə əlaqədar sağlamlıq, təhlükəsizlik və ətraf mühit problemlərinin ekspertiza hesabatının sakinlərlə görüşdə təqdimatı zamanı deyib.

Nazir bildirib ki, 18 nöqtədə 18 yerüstü su nümunəsi götürülüb və təhlil nəticəsində codluq və bulanıqlığın, o cümlədən metalların normadan xeyli yüksək olması müəyyən edilib.

"Havanın keyfiyyəti, səs-küy və radiasiya fonunun monitorinqi məqsədilə 8 nöqtədən 8 nümunə götürülüb və təhlil nəticəsində bütün parametrlər üzrə göstəricilərin norma daxilində olması aşkarlanıb.

Bundan əlavə, 32 nöqtədə 32 torpaq nümunəsi götürülüb. Bütün göstəricilər norma daxilində müəyyən edilsə də, yalnız metallar yüksək göstəricilərlə xarakterizə olunub. Torpaq və su analizlərində metalların çox olması ərazinin filizləşmə xüsusiyyətləri ilə izah olunur", - deyə M.Babayev qeyd edib.