"Squid game" izləyicilərinə şad xəbər

Cənubi Koreyanın məşhur "Squid game" serialının ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.

Cənubi Koreyanın məşhur "Squid game" serialının ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.

meqale.com lente istinadən xəbər verir ki, bu barədə "Netflix" məlumat yayıb.

Şirkət həmçinin üçüncü və son mövsümün buraxılacağı tarixi də elan edib. Ekran işi 2025-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, "Squid Game"in ilk mövsümü 17 sentyabr 2021-ci ildə "Netflix"də yayımlanıb. Dünya miqyasında fenomen olan ekran işi "Netflix" tarixində ən çox baxılan serial olaraq qalır.