Stoltenberq: Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur

NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur.

Stoltenberq: Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur
NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur.

meqale.com lente istinadən xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri Shimbun" qəzetinə müsahibəsində deyib.

"NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib. Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu ölkələri təhdid edir.

Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, Pekin bununla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.