"Su və rəng ahəngi" 2023 adlı illik akvarel sərgisi olacaq
IWS Azerbaijan (IWS Globe Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndiliyi), Xətai Sənət Mərkəzinin (IWS Khatai Art Center) və Azərbaycan Dövlət Rəsm Qalereyası təşkilatçılığı ilə keçiriləcək "Su və rəng ahəngi" 2023 adlı növbəti illik akvarel sərgisində iştirak etməyə dəvət edirik.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçiriləcək.
Sərgidə iştirak qaydaları: Sərgidə 18 yaşdan yuxarı Azərbaycan rəssamları iştirak edə bilərlər. Hər rəssam sərgi üçün 1-3 əsər göndərə bilər. Texnika: akvarel Ölçü: sərbəst Mövzu: sərbəst Plakat və kollajlar qəbul edilmir.
Son müraciət tarixi: 20 noyabr. Akvarel işlərin fotoları aşağıdakı emailə göndərilməlidirlər: [email protected] Əsərlərin fotoları yüksək keyfiyyətli formatda 2-5mb olmalı. Faylın adı belə olmalı: Rəssamın adı_Əsərin adı_ölçü_email.jpg Əsərin fotosu ilə bərabər bu məlumatlar qeyd edilməlidirlər: Rəssamın adı: Əsərin adı: Ölçü: Texnika: Email: Jüri heyəti tərəfindən seçilmiş iştirakçıların siyahısı 30 noyabr elan ediləcək.
Sərginin tarixi yaxın vaxtlarda qeyd ediləcək. Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.