“Subay bacısı olan qardaş dostunu evə gətirməz”

Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

“Subay bacısı olan qardaş dostunu evə gətirməz”
Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

meqale.com xəbər verir ki, verilişin budəfəki sayında Novxanı sakini Hacı Vasif köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıb.

Hacı Vasif deyir ki, indiki dövrdə televiziyaları dava yığıncağına çeviriblər:

"Ailədən, qadınlıqdan xəbəri olmayanlar kimlərəsə dərs keçirlər, namusdan danışırlar. Həya və abır kişidə də, qadında da olmalıdır". Onun fikrincə, qızın da, oğlanın da dostu öz ata-anası olmalıdır.

Hacı Vasif bildirib ki, bacısı olan qardaş evə dostunu gətirməz:

"Ola bilər ki, dostunu qardaşı kimi çox istəyir. Amma evdə subay bacısı olan qardaş dostunu evə gətirməz". meqale.com 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun