Şübhəli zəngləri, mesajları açmayın, danışmayın! - DİN-dən çağırış

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.

Şübhəli zəngləri, mesajları açmayın, danışmayın! - DİN-dən çağırış
Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.

meqale.com xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər.

"Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla - 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.