Sülhməramlıların çıxarılan texnikası yenidən qaytarıla bilər?

44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi bəzi şəxslərdə narahatlıq doğurmuşdu. Müəyyən şəxslər bu məsələni əllərində bayraq edərək qələbəmizə kölgə salmağa çalışırdılar. Sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra vəziyyət tam dəyişdi.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya kontingentinin rotasiyası başa çatır.Hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.

İndiyə kimi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin ləğv edilən müşahidə məntəqələrinin sayı açıqlanıb. Bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda  6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Rusiyanın Qarabağda mövcud olan hərbi texnikası çıxarıldıqdan sonra geri qaytarıla bilər?

Siyasi şərhçi Asif Nərimanlı bunun ehtimalının zəif olduğunu bildirib. O qeyd edib ki, sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir.

"Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır:Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir: 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür; İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir: sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir; çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat isə antiterror tədbirləri zamanı ələ keçirilənlərdir", - o fikrini yekunlaşdırıb.

İslam meqale.com