Sülhməramlıların çıxarılması yubadılır: silahlar gizlədilib?
Erməni separatçıların Qarabağda bütün silahları təhvil verdiyinə şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərlər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qurmaları istisna deyil.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, bəziləri "Azərbaycan vətəndaşlığını qəbul edirəm" adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər: