Sülhməramlıların Qarabağdakı daha üç postu bağlandı
Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.
meqale.com