“Sumqayıt” bombardirini itirdi

Azərbaycan Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

“Sumqayıt” bombardirini itirdi
Azərbaycan Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Sumqayıt" - "Zirə" matçında hər komanda bir futbolçusunu itirib.

Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner "Turan Tovuz"a qarşı oynamayacaq.

"Zirə" isə "Neftçi" ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.

Qeyd edək ki, "Sumqayıt"la "Zirə"nin dueli qolsuz heç-heçə ilə başa çatıb.