“Sumqayıt”ın ayağı sınan futbolçusu 4 ay məşq edə bilməyəcək
Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Sumqayıt"ın ayağı sınan futbolçusu Kristian Velinovski əməliyyatı olunub.
meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, onun ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək. Kristian 3-4 ay sonra məşqlərə başlayacaq.