“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi, ağır cəza aldı
"Sumqayıt-2"nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda, "Sabah-2" ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.
Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan "Sabah-2"nin üzvü Fəxri Məmmədli və "Sumqayıt-2"nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.