Sumqayıt sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ

Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Sumqayıt sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ
Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

meqale.com bildirir ki, bu barədə "Azərsu" ASC-nin "Sumqayıt Sukanal İdarəsi"ndən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.