Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı - FOTO

Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.

Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı - FOTO
Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.