Sumqayıtda 34 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
Sumqayıtda qətl hadisəsi törədilib.
meqale.com report.az-a istinadən verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyev yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.
Hadisənin kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
*** Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin meqale.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlu saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.