Sumqayıtda ağır qəza - xəsarət alanlar var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtda ağır qəza - xəsarət alanlar var
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, Qəza Yolun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bayramov Fikrət Xanoğlan oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə, Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Əli Rza oğlunun idarə etdiyi "Kia" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"- nin sürücüsü və sərnişini, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Namiq Əvəzxan oğlu xəsarət alıb.