Sumqayıtda avtobus TIR-la toqquşdu - 11 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

20:43 Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

meqale.com APA-ya istinadən bildirir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.

--------- 19:06 Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə meqale.com-ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub. Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

--------- 18:03 Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.