Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtda avtomobil piyadanı vurub öldürdü
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə 13-cü mikrorayonda baş verib.

"Mercedes" markalı avtomobil yolu keçmək istəyən 75 yaşlı Şirin Səfəralı oğlu Orucovu vurub.

Nəticədə Ş. Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.