Sumqayıtda dayanacaqdan kişi meyiti tapıldı

Sumqayıt şəhər Koroğlu prospekti 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.

Sumqayıtda dayanacaqdan kişi meyiti tapıldı
Sumqayıt şəhər Koroğlu prospekti 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub.

Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürəktutmasından öldüyü qeyd olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun