Sumqayıtda yanğın oldu
Sumqayıtda açıq sahədə yanğın olub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində qeydə alınıb. 500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.