Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti stabildir.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicələri davam etdirilən 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın və 1990-cı il təvəllüdlü Etibar Sarıyevin də hazırda vəziyyətləri stabil qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.