Süni intellektdən görün nəyə qarşı istifadə edəcəklər

Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

Süni intellektdən görün nəyə qarşı istifadə edəcəklər
Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə respublikanın Baş Nəzarət İdarəsinin rəhbəri Maurisio Torres bildirib.

"Dövlət qulluqçularının bəyannamələrinin təhlili zamanı resursların optimallaşdırılması üçün süni intellektdən istifadə edilməsi planlaşdırılır", - idarənin "X" hesabında Torresə istinadən məlumat verilib.

Nəzarət idarəsinin rəhbərinin sözlərinə görə, süni intellekt məmurların bəyannamələrində aktivlərin qeyri-adi artımını müəyyən etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Ekvadorda dövlət qurumlarında korrupsiya ilə mübarizəyə yönəlmiş genişmiqyaslı "Metastazlar" əməliyyatı aparılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun