“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər” - VİDEO
"Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb.
O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: "Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz.