Suriyada terrorçuların hücumu zamanı bir neçə hərbçi həlak olub
Suriya ordusunun azı dörd hərbçisi Şərqi Homs əyalətində terroçuların silahlı hücumu zamanı həlak olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, hərbçilər İŞİD terror təşkilatının yaraqlıları tərəfindən pusquya salınıb.
Atışma Tel-Şehab rayonunda hökumət qüvvələrinin postu yaxınlığındakı magistral yolda baş verib, ölənlər arasında leytenant rütbəli zabit də var.
Əraziyə Suriya qoşunlarının xüsusi təyinatlıları cəlb olunub, terrorçuların hücumu dəf edilib.