"Suriyaya 500 milyard dollar ziyan dəyib"
Son 13 ildə Suriyaya dəyən ziyan 500 milyard dollardan çox olub.
meqale.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, ərəb dövlətlərini viran olmuş ölkənin bərpasına dəstək verməyə çağırıb.
"13 il ərzində baş verən kütləvi qətlin Suriyaya vurduğu ziyan 500 milyard dolları ötüb... Oraya səfər edən komandalarımızın fikrincə, yerlərdəki mənzərə gözləniləndən qat-qat pisdir" - Ərdoğan bildirib.