Surqutdan Moskvaya uçan təyyarə Ramilə görə təcili eniş etdi - VİDEO
Rusiyada Surqutdan Moskvaya uçan təyyarə sərnişinin zorakılığına görə Perm hava limanında təcili enməli olub.
meqale.com oxuya istinadən xəbər verir ki, ekipaj üzvlərinin sözlərinə görə, sərnişinlərdən biri, 40 yaşlı Ramil Şamelov bir stəkan suya toz halında olan maddə töküb və onu qəbul etdikdən sonra nalayiq hərəkətlər etməyə başlayıb.
O, stəkanı sındırıb, əllərini kəsib və sərnişinlərə tüpürüb. Kişini çətinliklə oturacağa bağlayıblar. Təyyarə Permdə eniş edib və həmin şəxs polisə təhvil verilib.