Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - FOTO
Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya uğrayan "Nissan Navara" markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı imiş. Şahbaz İsayev müharibəsən sonra Şuşanın, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Qeyd edək ki, hadisə gecə saatlarında işçilər ərazidən qayıdarkən baş verib.